XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 May 2018 - 22:40

Tramp:"Kim Çen Inla birgünlük görüş bəs etməz"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla birgünlük sammit bütün məsələləri müzakirə etmək üçün kifayət etməz.

Trend-in məlumatına görə, iki ölkə liderinin görüşəcəyi nəzərdə tutulan sammit iyunun 12-də Sinqapurda keçiriləcək.

ABŞ lideri sammitdə Şimali Koreya lideri ilə görüşü barədə deyib: “Bütün məsələləri bir sammit çərçivəsində müzakirə edəcəyimiz mümkün görsənmir. Ola bilsin ki, bizə ikinci və üçüncü görüş lazım olacaq. Bəlkə heç bir görüş də olmayacaq”.