Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktoru müavini Artyom Kojin deyib. O qeyd edib ki, müzakirələr Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın iyunun 7-i Rusiyaya səfəri çərçivəsində keçiriləcək.