XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2018 - 18:01

Paşinyan şişirdilmiş hökumət  xərclərinə qarşı mübarizə aparır –Vergi ödəməyən 460 iri sahibkar üzə çıxıb

  

 “Hökumət administrasiyası şişirdilib, xərclər məntiqsiz olub, əsaslandırılmayıb”.

Bunu iyunun 1-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə baş nazirin administrasiya rəhbəri Eduard Aghacanyan deyib: “İlkin müşahidələrimiz göstərir ki, bu illər ərzində hökumət administrasiyasının ştatları şişirdilib, xeyli məntiqsiz və əsaslandırılmamış xərclər olub. Söhbət xidməti avtomobillərdən, dizel yanacağı talonlarından gedir, bəziləri doğrundan da məntiqsiz olub və tezliklə sizə bu haqda məlumat veriləcək”.

O, indiki hökumətin daha səmərəli işləyəcəyini bildirib.

“Hazırda hökumət administrasiyasının sərəncamında 110-dək nəqliyyat vasitəsi var. Hələ digər idarələrin sərəncamında olan avtomobillər buraya daxil deyil. İlkin hesablamalarımıza görə, nəqliyyat vasitələri 30 faiz ixtisar oluna bilər. Əlbəttə, nazirliklərin avtomobilləri buraya daxil deyil. Bu yöndə də araşdırma aparıla bilər”, – o deyib.

 

BİZNESLƏRİNDƏN XƏBƏRSİZ “BİZNESMENLƏR”

 10 il Ermənistan prezidenti olmuş Serj Sərkisyan küçə etirazları nəticəsində aprelin 23-də baş nazir postundan istefa verməli olub. Mayın 8-də isə müxalifət lideri Nikol Paşinyan bu posta seçilib.

Hazırda Ermənistanda vergilər sahəsində də bəzi islahatlar aparıldığı bildirilir. İri bizneslə məşğul olduğunu bilməyən və vergi ödəməyən şəxslərin sayı mindən artıq ola bilər. Bu bəyanatla isə iyunun 1-də hökumətin iclasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan çıxış edib: “Daha öncə 350 nəfər deyilirdi, bəlli oldu ki, 460 və ondan artıqdır. Məncə, bu rəqəm mini aşa bilər”, – Vanetsyan vurğulayıb.

Öncə verilmiş məlumata görə, Ermənistanda 350 nəfər böyük bizneslə məşğul olmasından xəbərdar deyil və vergi ödəmir: onların pasportları alınaraq özlərinin bilgisi olmadan adlarına müəssisə qeydiyyatdan keçirilibmiş. Bir neçə gündən sonra belə “biznes sahibləri”nin 461 nəfər olduğu açıqlandı.

Bu arada deputat Samvel Aleksanyanın ailəsinə məxsus “Yerevan City”, eləcə də digər böyük supermarketlərdə vergi yoxlamaların aparıldığı vurğulanır. (Azadlıq Radiosu)