XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 İyun 2018 - 19:58

Ukraynada həbs edilən jurnalist Putinə müraciət etdi –İttihamlar sübuta yetirilsə, onu 15 ilədək həbs gözləyir

“RIA Novosti-Ukrayna”nın həbsdə olan rəhbəri Kiril Vişinski Rusiya və Ukrayna prezidentlərinə müraciət edərək, onlardan kömək istəyib. O, Ukrayna vətəndaşlığından imtina etdiyini açıqlayıb.

Vişinski iyunun 1-də məhkəmədə deyib ki, Putindən “azadlığa buraxılması üçün gərəkən bütün tədbirləri görməsini” istəyir. O, Rusiyadan hüquqi yardım istəyib.

2015-ci ildə Rusiya pasportu almış Vişinski iki həftə öncə saxlanıb, vətənə xəyanətdə ittiham olunub. Özü ittihamları rədd edir.

Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) “RIA Novosti-Ukrayna”nın əməkdaşlarına qarşı irimiqyaslı əməliyyat aparıb, həm ofislərini, həm mənzillərini axtarıb. Vişinski evinin yaxınlığında saxlanıb.

SBU daha sonra yaydığı bəyanatda bildirirdi ki, Ukraynaya qarşı hibrid müharibə aparan media strukturları şəbəkəsi aşkarlanıb.

Vişinskinin Moskvanın xahişilə Rusiyanın Krım yarımadasını ilhaqına haqq qazandıran reportajlar hazırladığı bildirilir. Buna görə hər ay Rusiyadan 53 min avro (60 min dollar) aldığı iddia olunur.

İttihamlar sübuta yetirilsə, Vişinski 15 ilədək həbsə məhkum edilə bilər.

Azadlıq Radiosu