XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

01 İyun 2018 - 21:12

Avropa Komissiyasının prezidenti:"Rusiya ilə əvvəlki əlaqələri bərpa etməliyik"

“Rusiya ilə əvvəlki əlaqələri bərpa etmək lazımdır”.

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Brüsseldə, analitik mərkəzlərin birində çıxış edərkən bəyan edib.

“Düşünürəm ki, Rusiya ilə əvvəlki əlaqələri bərpa etməliyik. Biz heç zaman Rusiyanın Krımda və yaxud Ukraynanın şərqindəki əməllərini qəbul etməyəcəyik. Bununla belə, nəzərə almalıyıq ki, Avropa İttifaqının bütöv ərazisi 5,5 milyon kvadrat kilometr təşkil edir, Rusiyanın isə 70,5 milyon”, – deyə J-K.Yunker  qeyd edib.