XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2018 - 22:43

Bu gün daha bir fələstinli qız öldürüldü –Qəzzada toqquşma

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 21 yaşlı fələstinli qız həlak olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, azı 100 fələstinli yaralanıb, onlardan 40-a yaxını güllə yarası alıb.

Bundan əvvəl Fələstinin Səhiyyə nazirliyi bildirib ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə” başlayıb.