XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 10:01

Kontr-admiral Duqlas Fiers ABŞ Prezidentinin köməkçisi oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Duqlas Fiers ABŞ Prezidenti Donald Trampın daxili təhlükəsizlik və əks-terrorizm məsələləri üzrə yeni köməkçisi oldu.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ dövləti başçısının milli təhlükəsizlikməsələləri üzrə köməkçisi Con Bolton məlumat yayıb. Onun sözlərinə görə, Duqlas Fiers 30 ildən çoxdur terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və təbii fəlakətlərin fəsadlarının qarşısının alınması sahələrində iş təcrübəsinə malikdir. O, aprel ayında istefa vermiş Tom Bosserti əvəz edəcək.