XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 12:22

Ağ ev Kim Çen Inın Sinqapurda otel pulunu necə ödəmək barədə düşünür

Donald Trampın və Kim Çen Inın iyunun 12-nə təyin olunmuş görüşünə hazırlıq işləri aparan ABŞ nümayəndə heyəti KXDR liderinin sammit zamanı oteldə qalma pulunu ödəmək üçün yol axtarır.

Azərtac xəbər verir ki, The Washington Post qəzetinin yaydığı məlumata görə, KXDR tərəfi nümayəndə heyətinin “Fullerton” otelində qalma haqqının ödənilməsini xarici dövlətin öz üzərinə götürülməsini xahiş edib. Bu oteldə prezident otağının bir gecəlik qiyməti 6 min dollardan yuxarıdır.

ABŞ otelə görə pul ödəməyə hazırdır, lakin Pxenyanın bunu təhqir kimi qiymətləndirə biləcəyindən ehtiyatlanır. Odur ki, amerikanlar Sinqapur hakimiyyət orqanlarına qəbul edən tərəf kimi bu xərcləri üzərinə götürməsi üçün müraciət olunması imkanlarını nəzərdən keçirir.

Həmçinin KXDR tərəfinə təyyarə təqdim etmək variantına da baxılır. Çünki onların təyyarəsi Sinqapur kimi uzaq məsafəyə uçmaq üçün həddən çox köhnədir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cümə günü KXDR lideri Kim Çen In ilə görüşünün iyunun 12-də Sinqapurda baş tutacağını bir daha təsdiqləyib. Bununla yanaşı, Tramp qeyd edib ki, sammit zamanı Pxenyanla heç bir sənəd imzalamaq niyyətində deyil.