XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 13:17

Türkiyə və ABŞ qərargah rəisləri arasında telefon danışığı olub- İŞİD və Suriya müzakirə olunub

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarla ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford arasında telefon danışığı olub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder bildirib.

“İki komandan İŞİD-in məğlubiyyəti də daxil olmaqla Suriya məsələsi ilə bağlı davam edən müzakirələrdən danışıblar”, – deyə sözçü vurğulayıb.

O bildirib ki, Türkiyə ilə ABŞ NATO-nun açar üzvləridir: “İki ölkə arasında hərbi əlaqələr güclüdür”.

Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-Türkiyə əlaqələrinə dair danışıqlar olacaq.