XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 14:12

Gürcüstan prezidenti:"TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstandan olan həmkarı Giorgi Marqvelaşvili arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Belə ki, telefon danışığında R.T.Ərdoğan G.Marqvelaşvilini Gürcüstanın müstəqilliyinin 100 illiyi münasibəti ilə təbrik edib və onu Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) iyunun 12-də Əskişəhərdə keçiriləcək rəsmi açılış mərasiminə dəvət edib.

Dəvətə görə təşəkkür edən Gürcüstan prezidenti vurğulayıb ki, ölkəsinin TANAP layihəsində iştirakı böyük əhəmiyyətə malikdir. Çünki bu kəmər Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya çatdırılmasına imkan verəcək və qitənin enerji təhlükəsizliyini təmin edəcək.

Sonda liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.