XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 14:38

Şinzo Abe:"Yaponiya ABŞ-KXDR sammiti vasitəsilə Pxenyanın problemlərinin həlli üçün hər şeyi edəcək"

ABŞ-Koreya Xalq Demokratik Respublikası (KXDR) sammiti zamanı Pxenyanın nüvə-raket problemlərini həllində tərəqqiyə nail olmaq üçün Yaponiya öz tərəfindən hər şeyi etməyə hazırdır. AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə bəyanatla Yaponiyanın Baş naziri Şinzo Abe iyunun 2-də çıxış edib.

Baş nazirin sözlərini sitat gətirən agentlik yazır: “Görüşün tarixi hadisəyə çevrilməsi və nüvə-raket, həmçinin oğurlanmış yapon vətəndaşları problemlərinin həlli üçün müsbət nəticələr verməsi məqsədilə biz öz tərəfimizdən hər şeyi etməyə hazırıq”.

Ş.Abe əlavə edib ki, Yaponiya KXDR-in nüvə silahı əldə etməsi ilə heç zaman razılaşmayacaq və bunun üçün ona təzyiqləri davam etdirəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 1-də bir daha bəyan edib ki, KXDR lideri Kim Çen In ilə onun görüşü iyunun 12-də Sinqapurda baş tutacaq. Bununla yanaşı, ABŞ Prezidenti qeyd edib ki, sammit zamanı Vaşinqton Pxenyan ilə hər hansı sənədi imzalamağa hazırlaşmır.