XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 18:55

İki türk əsgəri şəhid olub- İraqda

İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər ağır yaralanıb.

“İyunun 2-də İraqın şimalında yol tikintisi zamanı hərbi iş maşınına separatçı terror təşkilatı mənsubları tərəfindən həyata keçirilən hücum nəticəsində, iki silah dostumuz şəhid olub, biri isə ağır yaralanıb”, – deyə rəsmi məlumatda bildirilir.