XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 20:28

“Krımı Rusiya ərazisi kimi tanıya bilmərik”- Serbiya prezidenti

Rusiya ilə yaxın münasibətlərə malik olan Serbiyanın prezidenti Aleksandr Vuçiç Krımı Rusiyanın tərkib hissəsi olaraq tanımamalarının səbəbini açıqlayıb.

APA-nın xəbərinə görə, A. Vuçiç Fransanın “Monde” qəzetinə müsahibəsində bildirib ki, Krımı Rusiya ərazisi kimi tanımaq Kosovonun müstəqilliyinə dəstək mənasına gələr: “Biz Krımı Rusiyanın tərkib hissəsi kimi tanımamışıq. Çünki belə etsək, bu, o mənaya gələrdi ki, biz Kosovonun müstəqilliyini dəstəkləyirik”.

A. Vuçiç qeyd edib ki, Belqrad Avropa Birliyinə daxil olmaq istəsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Onun fikrincə, avrointeqrasiya və Rusiya ilə yaxşı münasibətlər bir-birinə zidd deyil.

Xatırladaq ki, əvvəl keçmiş Yuqoslaviyanın tərkibində olan Kosovo 2008-ci ildə müstəqilliyini elan edib və indiyə qədər 114 dövlət tərəfindən tanınıb.