XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2018 - 22:14

ABŞ müdafiə naziri Çinə gedəcək- Rəsmi səfər

ABŞ müdafiə naziri Ceyms Mettis Çinə rəsmi səfər edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Sinqapurda səfərdə olarkən bəyan edib

“Çin hökumətinin dəvəti ilə iyunun sonunda Pekinə səfər edəcəm. ABŞ Çinlə mümkün olduğu qədər əməkdaşlığa hazırdı”, deyə C.Mettis bildirib.

O, həmçinin rəsmi Pekini Cənub-Çin dənizində beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb. “Çinin regionda aparıcı rol oynamağa haqqı var, lakin bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmaq şərti ilə”, deyə C.Mettis vurğulayıb.