XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 İyun 2018 - 03:39

Suriyanın Xarici İşlər naziri:"İranın Suriyada nə döyüş qüvvələri, nə də hərbi bazası var"

Suriya xarici işlər naziri Valid Əl-Muallem şənbə günü söyləyib ki, İranın hərbi müşavirləri Suriya qoşunlarına məsləhət verir, amma Tehranın ölkədə nə döyüş qüvvələri, nə də hərbi bazası var.

Valid Əl-Muallemin şərhləri İsrailin İranın Suriyada daimi mövcudluğuna qarşı dəfələrlə xəbərdarlıq etməsindən sonra regionda gərginliyin artdığı bir vaxta təsadüf edib.

Əl-Moallem deyib ki, İsrail rəqibi İrana qarşı təzyiq göstərə bilmək üçün yanlış iddialar irəli sürür.

May ayında İsrail işgal olunmuş Qolan təpələrindəki mövqelərinə qarşı İranın raket hücumuna cavab olaraq bir sıra hava hücumları həyata keçirib. Bu, indiyədək İsrail ilə İran arasında ən ciddi qarşıdurma olub.

Suriyada qiyamçılarla döyüşlərdə, bir çox zabit də daxil olmaqla, onlarla İran əsgəri öldürülüb. Bir neçə digər əsgər isə son aylarda İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində ölüb.

İran daha öncə dəfələrlə Suriyada sadəcə məsləhətçilərinin olduğunu deyib, amma Livan, İraq, Pakistan və Əfqanıstanda İranın dəstəklədiyi qruplar hökumət qüvvələrinin qiyamçıların nəzarət etdikləri bölgələri geri almalarında büyük rol oynayıb. Bu ərazilərə şimalda yerləşən Hələb şəhəri, şərqi Dair Əl-Zur vilayəti, habelə qərbdə İdlib və Həman əyalətləri daxildir.

Aprelin 9-da Suriyanın mərkəzində T4 hava bazasına İranın İnqilab Keşikçiləri Ordusunun bölümünü hədəf alan hava hücumu edilib.

Əl-Muallem regional və digər qüdrətlər arasında Suriyanın cənub-şərqindəki vəziyyətlə bağlı razılığın əldə olunduğuna dair iddiaları rədd edib.

Cümə günü Rusiyanın BMT-Dəki səfiri Vasili Nebenziya deyib ki, o, Suriyanın cənub-qərbində bəzi fikir ayrılıqları ilə bağlı razılığın əldə olunduğuna dair xəbər aldığını deyib.

Lakin Əl-Muallem razılığın əldə olunduğunu rədd edib və Dəməşqin hazırda ərazi ilə bağlı heç bir danışıqlar aparmadığını deyib.

Amerikanın Səsi