XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

03 İyun 2018 - 16:00

İsrail “erməni soyqırımı”nın müzakirəsini təxirə saldı –Netanyahu qanun layihəsini gündəlikdən çıxarıb

İsrailin baş naziri Netanyahu ermənilərin Osmanlı imperiyası dövründə “soyqırımına” məruz qalması ilə bağlı qanun layihəsinin müzakirəsini gündəlikdən çıxarıb.

Azadlıq Radiosunda olan məlumata görə, İsrailin xarici işlər nazirliyi iyunun 3-də bəyan edib ki, Netanyahu məsələnin müzakirəsini Türkiyədə keçiriləcək seçkilərədən sonraya saxlamaq qərarına gəlib.

Məlumata görə, İsraildə belə bir narahatlıq var ki, məsələnin indi müzakirəyə çıxarılması, seçki kampaniyası zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoganın xeyrinə işləyə bilər. Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ermənistan Osmanlı imperiyası dövründə Türkiyədə 1,5 milyon erməninin “soyqırımına” məruz qaldığını iddia edir.

Türkiyə isə ittihamı qəti şəkildə rədd edir.

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, birincisi bu rəqəm qat-qat şişirdilib, ikincisi isə həmin dövürdə baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli itki olub.

Qeyd edək ki, Fransa ilə Almaniya da daxil olmaqla indiyədək 20-dən çox ölkə həmin dövrdəki “erməni qırğınını”, “soyqırım” kimi tanıyıb. Ötən ay İsraillə fələstinlilər arasında başlayan toqquşmalardan sonra yenidən Türkiyə-İsrail münasibətlərində gərginlik yaranıb. Ərdogan İsraili “terroçu dövlət” adlandırıb və onun fələstinlilərlə davranışını, Nasist Almaniyasının yəhudilərə olan münasibətilə eyniləşdirib.

Tərəflər qarşılıqlı şəkildə səfirlərini geri çağırıblar.