XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyun 2018 - 18:05

Avstriyanın vitse-kansleri:“Rusiya əleyhinə sanksiyalar ləğv edilsin”

 

ABŞ prezidenti Donald Trampın Avropa ölkələrindən idxal edilən polad və alüminium üçün gömrük rüsumlarını artırmasına cavab olaraq, Avstriya kanslerinin müavini Avropa Birliyindən Rusiya əleyhinə sanksiyaları ləğv etməsini istəyib.

Sputnikin verdiyi məlumata görə, Avstriyanın vitse-kansleri Hans Kristin Ştraxe deyib: “Avropa Birliyi Rusiya ilə bağlı siyasətlərinə düzəliş etməlidir. Çünki, bu sanksiyalar hər kəsdən daha çox Avstriya iqtisadiyyatına zərbə vurub”.

Avstriyanın vitse-kansleri həmçinin bildirib ki, Avropa Birliyi ABŞ-ın yeni tariflərinə reaksiya verməlidir. Çünki, bu taariflər insaflı ticarətin davam etməsinə icazə verməyəcək. ABŞ prezidenti Donald Tramp cümə günü Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polad və alüminium üçün gömrük rüsumlarını artırıb. Yeni taariflərə əsasən polad üçün 25%, alüminium üçün isə 10%-lik gömrük rüsumu təyin edilib.

Avropa Birliyi, Kanada və Meksika Trampın bu qərarına  etiraz ediblər.