XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyun 2018 - 18:38

ABŞ Moskvaya “əlcək atır” –Pribaltikada  NATO təlimləri başlayır

NATO-nun şərq cinahında Polşa və Baltikanın üç ölkəsi olan Estoniya, Latviya və Litvanın iştirakı ilə ABŞ-ın başçılığı ilə alyansın 19 ölkəsindən 18 min əsgərin cəlb olunduğu genişmiqyaslı təlimlər başlayıb.

ABŞ-ın Avropada hərbi qüvvələrinin bildirdiyinə görə, iyunun 15-ə qədər regionda davam edəcək Saber Strike 18 təlimləri “Rusiyanın NATO üzvlərinin sərhədləri yaxınlığında hərbi manevrlərini artırdığı bir vaxt” alyansın təəhhüdləri və müttəfiqləri ilə həmrəyliyinin nümayiş etdirilməsidir.

Bununla belə hərbi qüvvələr təlimlərin “Rusiyanın təxribatı olmadığını” bildirib.

NATO Baltikada və Polşada 6 min nəfərdən ibarət hərbi qüvvə yerləşdirib. Litvanın Müdafiə Nazirliyi ölkə miqyasında hərbi qüvvələrin 9 min əsgərinin iştirakı ilə indiyə qədər ən böyük təlimin başladığını elan edib. NATO-nun üzvü olmayan İsrail də ilk dəfər olaraq alyansın Saber Strike hərbi təlimlərində iştirak edəcək. (Amerikanın Səsi)