XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyun 2018 - 19:46

Londondan Moskvaya demarş –Britaniya 130 rusiyalı oliqarxın hesablarını dondurmağa hazırlaşır  

 

Böyük Britaniyanın cinayətkarlıqla Milli mübarizə agentliyi ölkədəki rusiyalılara qarşı istintaqın əhatəsini genişləndirir və onların aktivləri dondurula bilər.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti iyunun 3-də Britaniyanın “Sandi tayms” qəzetinə istinadla məlumat verir. Mənbənin yazdığına görə, söhbət Rusiya prezidenti Vladimir Putinlə bağlı olan oliqarxlar, milyonçulardan gedir və bura 130 adam daxildir.

“Sandi tayms” bu barədə agentliyin iqtisadi pozuntular və kibercinayətlər üzrə şöbə rəisi Donald Tuna istinadla yazır ki, onun komandası hazırda 120-dən 140-dək mənbəyi göstərilməyən vəsaitin dondurulması üzərində işləyir. Tun bildirib ki, onun təşkilatının fəaliyyəti hazırda korrupsiyalaşımış elita və onların qanunsuz sərvətləri ilə mübarizəyə yönəlib.

Qəzet hökumətdəki mənbəyə istinadla yazır ki, cinayətkarlıqla milli mübarizə agentliyinin nəzər dairəsinə düşənlər Rusiya vətəndaşları və ya Rusiya ilə bağlı şəxslərdir.

Böyük Britaniyada qəbul edilən yeni qanuna görə, bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayə qoyanlar onun mənbəyini göstərməldirlər.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib.

Azadlıq radiosu