XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2018 - 20:15

İran prezidenti:“Cırtdan ölkələrdən başqa ABŞ-ı heç kim dəstəkləmədi”

İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə anlaşmasından çıxmasını bu ölkənin beynəlxalq öhdəliklər qarşısındakı sədaqətsizliyinin nişanəsi adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Həsən Ruhani şənbə günü axşam sünni alimlər və ruhanilər ilə görüşdə deyib: “Bu gün hətta, amerikalılar belə İrana qarşı təzyiq göstərmək üçün bəhanəyə malik deyillər. Çünki, İran öz öhdəliklərinə və anlaşmaya sadiq qalıb və dünya ictimaiyyətinin hörmət etdiyi prinsiplərə hörmətlə yanaşıb. Amma, qarşı tərəf nüvə anlaşmasından çıxmaqla beynəlxalq prinsipləri və qaydaları pozub”.

İran prezidenti qeyd edib ki, amerikalılar ilk dəfə olaraq mühüm bir siyasi məsələdə İran xalqına qarşı təzyiq göstərmək istədikləri zaman bəzi cırtdan ölkələr istisna olmaqla, bütün dünya ölkələri onların qarşısında dayandı. Ruhani həmçinin  ölkələrin Fələstin və Qüds məsələsi ilə bağlı ABŞ-ın siyasətlərinə qarşı çıxmasına toxunub və deyib: ABŞ-ın Təhlükəsizlik Şurasında Fələstin xalqına qarşı planı sadəcə bir lehinə səs əldə edə bildi. Bu da müsəlmanlar və region üçün böyük uğur sayılır.