XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 İyun 2018 - 23:05

Hamburq hava limanı fəaliyyətini dayandırdı

Almaniyanın Hamburq beynəlxalq hava limanı elektrik xətlərindəki qısa qapanmadan sonra fəaliyyətini müvəqqəti dayandırıb.

Trend-in məlumatına görə, aeroportun rəsmi “Twitter” səhifəsində yazılır: “Hava limanı uçuşları bu günlük dayandırmaq məcburiyyətindədir. Baş vermiş nasazlığı aradan qaldırmaq mümkün olmadı. Təhlükəsiz fəaliyyət üçün hava limanına alternativ enerji mənbəyi lazımdır”.

Hava limanına gələn yollar polis qüvvələri tərəfindən bağlanıb.

Qeyd edək ki, Hamburq hava limanı gün ərzində 17 milyon sərnişinə xidmət göstərir. Bu göstərici Almaniya hava limanları arasında beşincidir.