Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin ümididir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtona səfəri zamanı deyib. M.Çavuşoğlu həmçinin ABŞ-da yaşayan Türkiyə vətəndaşlarını 24 iyunda keçiriləcək seçkilərdə fəal iştirak etməyə çağırıb: “Bu seçkilər Türkiyə üçün çox vacib və ən taleyüklü seçkilər hesab olunur”.
Qeyd edək ki, iyun ayının 24-ü Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.