XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

04 İyun 2018 - 16:32

Terrorçu – kamikadze Kabildə dini liderlərin toplaşdığı yerdə özünü partladıb –Yeddi nəfər ölüb, yaralılar var  

 

 Kabildə, Əfqanıstan dini liderləri və alimlərinin toplaşdığı yerdə partlayış nəticəsində təxminən yeddi nəfər ölüm, çox sayda adam isə yaralanıb.Partlayış Əfqanıstan Uləma Şurası və ya hökumət tərəfindən təyin edilən Yüksək Sülh Şurasının 2000 üzvü mərasim üçün hazırlanmış yeri tərk etmək istəyərkən baş verib.

“Loya Jirga çadır mərasiminə toplaşmış din xadimləri oranı tərk edən an intiharçı hücumu baş verib. Hadisədə çox sayda adam yaralanıb” deyə hadisə şahidi, Əhməd Payman bildirib.

Bundan bir qədər əvvəl şura İslam qanununa görə intiharçı hücumlarını qadağan edən yeni qanun qəbul edib. Qrup həmçinin, Əfqanıstan hökuməti və Talibanı atəşkəsə və sülh razılığı əldə etmək üçün danışıqlara başlamağa çıaxıran müraciətlə çıxış edib.

Şuranın hökmu Əfqanıstan prezidenti Əşrəf Qaninin fevral ayında Talibana qeyd-şərtsiz sülh danışıqları təklifi elan etməsini nəzərdə tutur. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib. Həm Taliban həm də İŞİD-ə sadiq qüvvələr bir qayda olaraq Kabildə bu kimi hücumlar həyata keçirməklə tanınır.