XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 İyun 2018 - 22:05

Ter-Petrosyan Paşinyana müraciət etdi:”Dağlıq Qarabağa müdaxilə lazımdır”

 

Ermənistanın birinci prezidenti Levon Ter – Petrosyan ölkənin baş naziri Nikol Paşinyanı Dağlıq Qarabağda baş verənlərə müdaxilə etməyə, “Qarabağda daxili siyasi sabitliyi bərpa etməyə, dövlət maşınının fasiləsiz işini təmin etməyə” çağırıb.“İttihamlar Bako Saakyana (separatçı rejimin lideri- red.) yönəldiyindən, onun sözü nə qədər səlahiyyətli olsa da, etirazçıları inandıra bilməyəcək. Fəal müdaxilə, üçüncü, neytral tərəfin müdaxiləsi gərəkdir ki, Qarabağda daxili siyasi sabitlik bərpa olunsun, dövlət maşınının fasiləsiz işi təmin edilsin. Belə bir tərəf 1993-cü ildən özünü Dağlıq Qarabağın qarantı elan etmiş Ermənistan Respublikasının rəhbəridir. Yəni bu tərəf Nikol Paşinyandır”, – Ter-Petrosyan müraciətində deyib.

“Ermənistanda baş verənlər, yumşaq desək, Qarabağ üçün qəbuledilməzdir. Kütləvi etiraz aksiyalarını və Qarabağda hakimiyyətə təzyiqi nəzərdə tuturam. Müharibə vəziyyətində olan ölkə üçün bu, faciəvi nəticələrə gətirə bilər”, – müraciətdə deyilir.

Keçmiş prezidentin fikrincə, kütləvi etirazlara səbəb olmuş insidentə görə günahkarlar sərt cəzalandırılmalıdırlar. “Ancaq güc strukturlarının rəhbərlərinin istefası tələbinin yerinə yetirilməsi Qarabağda hakimiyyət sisteminə güclü zərbə vurar”, – o, sözlərinə əlavə edib.

Qeyd edək ki, iyunun 2-də bir qrup etirazçı Xankəndində mərkəzi yolu bağlayaraq Qarabağdakı hakimiyyətin istefasını tələb edib. Etiraz aksiyası iyunun 1-də bir vətəndaşla təhlükəsizlik zabitinin dartışmasından sonra başlanıb. Polisin bildirməsinə görə, tərəflər bir-birinə xəsarət yetiriblər. Polis mübahisənin səbəbini açıqlamayıb.

Levon Ter Petrosyan yada salıb ki, 1993-cü ildə də Dağlıq Qarabağda oxşar durum yaranıb. O zaman o, vertolyotla Xankəndinə uçub və hakimiyyətin möhkəmləndirilməsi məsələsini dərhal yoluna qoyub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. (Azadlıq Radiosu)