XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 İyun 2018 - 21:24

İran uranın zənginləşdirilməsinə başlayır- Bu tarixdən

“İran iyunun 5-dən etibarən uranın zənginləşdirilməsi üzrə potensialını artırmağa başlaması prosesi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırmaq niyyətindədir”.

“Report” xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının təmsilçisi Behruz Kamalvəndi deyib.

Onun sözlərinə görə, UF6 (uran-heksaflorid) və UF4-ün istehsal gücü, bunun üçün sentrifuqaların sayı da artırılacaq.

Bu arada Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerinin mətbuat xidmətinin təmsilçisi jurnalistlərə İranın uranın zənginləşdirilməsi ilə bağlı məlumatı araşdırdıqlarını bildirib: “Biz nüvə proqarmı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına əməl edirik. Hələlik Tehran da ona sadiqdir”.