XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 İyun 2018 - 23:58

Putin Qərbi sanksiyalardan əl çəkməyə çağırdı –Avstriya prezidentiylə görüşdən sonra

Rusiya prezidenti Vladimir Putin iyunun 5-də Avstriya prezidenti Alexander Van der Bellenlə görüşdən sonra Vyanada keçirilən birgə mətbuat konfransında deyib ki, Rusiya qərb sanksiyalarının yaratdığı çətinliklərin öhdəsindən gələ bilib.

Avropa İttifaqı sanksiyalarının Rusiyaya təsiri barədə suala cavab verən Putin deyib ki, cəzalandırıcı tədbirlər bütün tərəflər üçün ziyanlıdır və hamı bu məhdudiyyətlərin qaldırılmasında maraqlıdır.

Amma Van der Bellen vurğulayıb ki, Avstriya Rusiyaya münasibət məsələsində Avropa İttifaqı ilə həmrəy hərəkət edəcək.

Putin Vyanaya iyunun 5-də gəlib və burada prezident Van der Bellen və kansler Sebastian Kurzla görüşüb.

Avstriyaya səfərindən əvvəl Putin demişdi ki, Moskva Avropa İttifaqı ilə münasibətlərin qaydaya salınmasına tərəfdardır. O habelə qeyd etmişdi ki, “vahid və firavan” Avropa İttifaqı Rusiyanın marağındadır.

Kansler Sebastian Kurz əgər Ukrayna münaqişəsinin çözümü məsələsində inkişaf olarsa, Rusiya üzərindəki sanksiyaların mərhələlərlə qaldırılmasına tərəfdar olduğunu bildirmişdi.

Lakin Kurzun koalisiya hökumətinə daxil Azadlıq Partiyasının lideri Heinz-Kristian Strake Rusiya üzərindəki sanksiyaların qaldırılmasına çağırıb.