XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

06 İyun 2018 - 04:28

ABŞ müttəfiqlərini İranla sərt davranmağa çağırdı:"Şirkətlərinizə hiylə quracaq, maliyyə sisteminizi sarsıdacaq..."

ABŞ Maliyyə Nazirliyi iyunun 5-də bəyan edib ki, Birləşmiş Ştatların müttəfiqləri və partnyorları İranın onları aldadaraq Tehranın bəd əməllərini maliyyələşdirməyə sövq etməsinə yol verməmək üçün ciddi səy göstərməlidirlər.

Strateq.az Azadlıq Radiosuna istinadla bildirir ki, Maliyyə nazirinin müavini Sigal Mandelker deyib: “Siz öz maliyyə şəbəkələrinizi sərtləşdirməli, şirkətlərinizdən İranın aldadıcı toruna düşməmələri üçün əlavə yoxlamalar tələb etməli və İrandakı şirkət və fərdlərlə işbirliyinin əhəmiyyətli risklərini onlara izah etməlisiniz”.

Nazir müavini özəl sektordan rica edib ki, “İranın və onun təmsili partnyorlarının şirkətlərdən sui-istifadə edə bilməmələri üçün əlavə addımlar atsınlar”.

Xatırladaq ki, Prezident Donald Trump mayın 8-də ölkəsinin İranla 2015-ci il nüvə sazişindən çıxmasını elan edib. O, həmçinin bəyan edib ki, İran və onunla iş quranlar üzərinə sanksiyalar bərpa olunacaq.

Mandelker deyib ki, “İran rejimi sizin şirkətlərinizə hiylə quracaq, maliyyə sisteminizi sarsıdacaq və sizin təsisatlarınızı güclü sanksiya riskləri ilə üz-üzə qoyacaq”.