XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 İyun 2018 - 14:02

KXDR-ABŞ sammiti zamanı aviasiya uçuşlarına məhdudiyyət qoyulacaq- Sinqapurda

KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın planlaşdırılan görüşü zamanı Sinqapur hökuməti ölkə üzərindən hava nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyacaq.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ABŞ-ın Federal Aviasiya İdarəsi məlumat yayıb. Onların bildirdiyinə görə, iyunun 11-dən 13-dək bəzi vaxtlarda Sinqapurun hava məkanı bağlanacaq. Bu ölkəyə uçan təyyarələr də “milli təhlükəsizlik səbəbindən” uçuş-eniş zolağında bir sıra çətinliklərlə üzləşəcək.

Xatırladaq ki, əvvəlcə sammitin ləğv olunduğu barədə Kim Çen Ina məktub göndərən Donald Tramp sonradan görüşün nəzərdə tutulan vaxtda – iyunun 12-də Sinqapurda keçiriləcəyini bildirmişdi.