XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

06 İyun 2018 - 16:04

Dağıstan DİN-in vəzifəli şəxsi saxlanılıb- 6 milyon dollar rüşvət aldığına görə

Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin təhlükəsisizlik rəisi Maqomed Xizriyev və onun polisdə yüksək vəzifənin “satışı” işi üzrə 6 milyon ABŞ dolları rüşvət verməkdə şübhəli bilinən 5 əlbiri Moskvada saxlanılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar vasitəçi ilə vəzifəli şəxsə külli miqdarda rüşvət vermək və rüşvət verilməsinə vasitəçilik etmək maddələri üzrə cinayət törətməkdə şübhəli bilinirlər.

İstintaqın versiyasına görə, 2017-ci ilin yazında Xizriyev əlbir olduğu şəxslərə əvvəlcədən razılaşdırılmış rüşvətin bir hissəsini – 2 milyon ABŞ dolları məbləğində nağd pul verib. Qanunsuz mükafatlandırmanın ümumi məbləği isə 6 milyon ABŞ dollar olub.