XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 İyun 2018 - 17:26

Kataloniyanın yeni lideri İspaniyanın baş nazirini dialoqa çağırıb

Kataloniyanın yeni rəhbəri Kim Torra İspaniyanın baş naziri sosialist Pedro Sançezi dialoqa səsləyib. Bildirib ki, Kataloniya məsələsi ilə təcili məşğul olmaq lazımdır. Torra vurğulayıb ki, həllər üçün dialoqun aparılması şərtdir, lakin müstəqillik prosesini də dayandırmaq mümkün olmayacaq. Kim Torra, həmçinin qeyd edib ki, İspaniya hökumətinin tətbiq etdiyi 155-ci maddənin ləğvi də gündəmdədir.

Qeyd edək ki, ötən il oktyabrın 1-də keçirilmiş qeyri-qanuni referendum zamanı yerli hökumət müstəqillik barədə akt qəbul etmişdi, lakin İspaniya hökuməti keçirilmiş seçkilərin nəticələrini qeyri-legitim hesab edərək Konstitusiyanın 155-ci maddəsini tətbiq etmişdi. Maddəyə görə icazəli seçkilər keçirilənədək regiona rəhbərlik müvəqqəti olaraq hökumət nümayəndəsinə tapşırılmışdı.

Kataloniya hadisələrindən sonra 3 mindən çox şirkət regionu tərk etmişdi.