XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

07 İyun 2018 - 09:40

Putin bu gün canlı yayında xalqın suallarına cavab verəcək –Prezidentə 1 milyon sual ünvanlanıb

  

İyunun 7-də Rusiya prezidenti Vladimir Putin bütün ölkə ərazisindən əhalinin suallarını və şikayətlərini dinləyəcək.

O, hər il bir neçə belə tədbir keçirməklə imicini yaxşılaşdırmağa çalışır. “Birbaşa Xətt” şousu Putinin dördüncü dəfə prezident andı içməsindən düz bir il sonraya təsadüf edir. Tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini, beynəlxalq müşahidəçilər isə seçicilərə real seçim verilmədiyini deyirlər.

Artıq prezidentə 1,3 milyon sual təqdim olunub. Ancaq Putin adətən, seçilmiş sualları cavablandırır və daxili və xarici siyasət məsələləri üzrə konkret siqnallar verir.

“Vladimir Putin-lə söhbət”in yerli vaxtla günorta 12-də başlayacağı gözlənir. Ötən illər bu sual-cavab sessiyası 4 saatadək çəkib. “Birbaşa xətt”i dörd dövlət televiziyası və üç radiostansiya canlı yayımlayacaq.

Təşkilatçılar sualları mayın 27-dən qəbul etməyə başlayıblar və şou bitənəcən telefonlar, İnternet və mesaj xətləri açıq qalacaq. Bu, 65 yaşlı Putin-in artıq 16-cı sual-cavab sessiyasıdır. O, 1999-cu ildən hakimiyyətdədir, ənənənin əsasını isə 2001-ci ildə qoyub. 2004 və 2012-ci illərdə sual-cavab olmayıb.

Putin bundan başqa hər il ənənəvi mətbuat konfransı keçirir və illik çıxışını edir.

Ancaq “Birbaşa xətt” Putin-ə özünü lider kimi ölkədə hər şeyi nəzarət saxladığını göstərmək fürsəti verir. Ötən illərdə o, yerlərdən qaldırılan xeyli sayda problemi yoluna qoymağı vəd edib. Putin bugünkü tədbirdə beynəlxalq məsələləri, Rusiyanın qərblə münasibətlərini də şərh edəcək.

Bu arada Qərblə münasibətlərdə bir sıra məsələlərdən dolayı gərginlik yaşanır – Rusiyanın Ukraynaya müdaxiləsi, Suriya müharibəsində rolu, İngiltərədə keçmiş casusun zəhərlənməsində Qərbin onu ittiham etməsi bu gərginliyi yaradan səbəblər sırasındadır. (Azadlıq Radiosu)