Almaniya kansleri Angela Merkel Rusiyanın G8 ölkələri birliyinə qayıtması imkanlarını şərh edib.
Trend-in məlumatına görə, Merkel deyib ki, bu, mümkünsüzdür. Kansler bunu Rusiyanın beynəlxalq hüquq normalarını pozması ilə izah edib: “Rusiyanın Krımı ilhaq etməsi səhv addım olub, onun birlikdə qalması qeyri-mümkün bir hal idi”, – Merkel fikrini əsaslandırıb.
Merkel əlavə edib ki, Moskva və Berlin G7 formatında əməkdaşlığı davam etdirir.