XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

07 İyun 2018 - 16:26

Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi- Hücum əməliyyatları dayandırılacaq

Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” terror təşkilatı ilə müvəqqəti atəşkəs elan olunduğunu açıqlayıb.

Trend-in məlumatına görə, prezident atəşkəsin Ramazan bayramı ilə əlaqədar elan olunduğunu bildirib.

Qeyd olunur ki, atəşkəs Ramazan ayının 27-ci günündən Ramazan bayramının 5-ci gününədək (iyunun 11-dən iyunun 19-dək) müddəti əhatə edəcək.

Ə.Qəni bəyan edib ki, bu müddət ərzində Əfqanıstan ordusu “Taliban”a qarşı hücum əməliyyatlarını dayandıracaq.