XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2018 - 17:11

Hollandiya kraliçasının bacısı ölmüş vəziyyətdə tapılıb- Argentinada

Hollandiya kraliçası Maksimanın bacısı İnes Sorreqyeta Argentinanın paytaxtı Buenos Ayres şəhərində ölmüş vəziyyətdə tapılıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Argentinanın “La Nacion” nəşri məlumat verib.

Hollandiya hökumətinin nümayəndəsi onun ölüm faktını təsdiqləyib.

Bəyanatda Hollandiya kraliçası Maksimanın bacısı İnes Sorreqyetanın iyunun 6-da gecə saatlarında vəfat etdiyi və meyitinin öz yaşadığı evdə aşkarlandığı bildirilib. Qeyd edilib ki, kraliçanın bacısının 32 yaşı var idi.