XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

07 İyun 2018 - 22:45

Türkiyədə hərbi maşınla polis avtomobili toqquşub- 35 nəfər yaralanıb

Türkiyənin Qars bölgəsində polis və hərbçilərin avtomobillərinin toqquşması nəticəsində 2-si polis, 33-ü hərbçi olmaqla 35 nəfər yaralanıb.

Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qəzaya düşən polislər Baş nazir Binəli Yıldırımın mühafizəsinin əməkdaşlarıdır.

Yaralılar xəstəxanalara daşınıb, qəzaya uğramış avtomobillər yoldan kənarlaşdırılıb, nəqliyyatın hərəkəti bərpa olunub.