XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 17:06

Putindən Səudiyyə Ərəbistanı kralına gözlənilməz dəvət

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdel Əzizi Rusiyaya dəvət edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, dəvət Putinin təşəbbüsü ilə olub: “Putin Səudiyyə Ərəbistanı kralını Rusiyaya rəsmi səfərə dəvət edib”.

“Hər iki lider Rusiya və Səudiyyə Ərəbistanı arasında regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə hazır olduqlarını bəyan edib. Bundan başqa iki ölkə lideri gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi haqda fikir mübadiləsi aparıb”, – deyə, Kremlin məlumatında bildirilir (ANS).