XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 10:19

Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir –Danışıqlar yaxşı keçsə

 

 ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edir.İyunun 12-də keçiriləcək danışıqların yekunlarına dair D.Tramp Kim Çen Inı Ağ Evə dəvət etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp jurnalistin Kim Çen Inın görüş zamanı ABŞ-a dəvət edilib-edilməyəcəyinə dair sualına cavabında bildirib.

“Sualınızın ikinci hissəsinə cavab “bəli”dir, amma danışıqlar yaxşı keçərsə. Düşünürəm, danışıqlar yaxşı keçə bilər”, – deyə Tramp cavabında bildirib.

O əlavə edib ki, Kim Çen In ABŞ-a səfər edərsə, danışıqlar Ağ Evdə aparılacaq.

Qeyd edək ki, ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək.