Ankara İraqın Kandil, Sincar və Maxmur regionlarına zərbələr endirə bilər.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib ki, əgər İraq rəhbərliyi PKK ilə bacarmasa, Türkiyə heç kimlə razılaşdırmadan 3 bölgəyə zərbələr endirəcək. Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.