XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 10:50

İspaniyada qadınlardan ibarət hökumət təsdiqlənib –Zərif cinsin 11 üzvü nazir postuna təyin olunub (FOTO)

 

İspaniya kralı VI Felipe qadınların üstünlük təşkil etdiyi hökuməti təsdiqləyib. Indi İspaniya nazir postunda olan qadınların sayına görə Avropada öncül yerdədir.

İyunun 7-də kral sosialist baş nazir Pedro Sançezin təqdim etdiyi hökuməti qəbul edib. Baş nazir hökumətdəki 17 nazir yerindən 11-nə qadınların namizədliyini verib. İsveçdə də hökumət əsasən qadınlardan ibarətdir, 12 qadın, 11 kişi naziri var. Sançezin avropapərəst administrasiyası 350 yerlik konqresdə cəmi 84 mandata malikdir.

46 yaşlı Sançez iyunun 1-də parlamentin etimadsızlıq səsverməsindən sonra mühafizəkar baş nazir Mariano Rajoyun yerinə keçib. Keçmiş mədəniyyət naziri Karmen Kalvo baş nazirin müavini təyin olunub, bərabərlik məsələlərinə cavabdehdir. Onun deməsinə görə, hökumət “ən böyük bərabərlik olan qadın- kişi bərabərliyini” təmin edəcək. (Azadlıq Radiosu)