XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

08 İyun 2018 - 16:15

Paşinyan işıq pulunu 2 sent azaltdı –Aztəminatlı ailələr üçün

 

Ermənistanda hökumətin təşəbbüsü ilə aztəminatlı ailələr üçün elektrik enerjisinin haqqı 10 dram (2 sentə yaxın) azaldılacaq.

Bunun iyunun 8-də hökumətin iclasında energetika və təbii resurslar naziri Artur Qriqoryan deyib.

Baş nazir Nikol Paşinyan nazirə tapşırmışdı ki, təkcə aztəminatlı ailələr deyil, bütünlükdə əhali üçün elektrik enerjisinin qiymətinin salınması imkanlarını araşdırsın.

Ötən il fevralın 1-dən Ermənistanda elektrik enerjisinin qiyməti ucuzlaşıb. Gündüz vaxtı elektrik enerjisinin 1 kilovatı 1, 22 dram ucuzlaşaraq 44,98, gecə tarifi isə 10 dram az-34,98 dram olub. Aztəminatlı ailələr üçünsə gündüz tarifi 40, gecə tarifi isə 30 dram olub.

2016-cı ildə ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı kütləvi etirazlar keçirilmişdi. (Azadlıq Radiosu)