XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 İyun 2018 - 19:30

Paşinyan Sərkisyana qarşı qiyam etmiş sabiq hərbçiləri azadlığa buraxıb

 

 Ermənistanda məhkəmə “Sasna Tsrer” silahlı qruplaşmasının bir üzvünü məhkəməyə qədər həbsdən zaminə buraxıb.

Bundan bir gün əvvəl iyunun 7-də həmin qruplaşmadan Areq Kureqyan, Ovannes Vardanyan və Tiqran Sərksiyan da zaminə buraxlıblar. Yazılı iltizama görə azadlığa buraxılanlar paytaxt Yerevanı tərk edə bilməzlər. Onların barəsində cinayət təhqiqatı davam edir. Ermənistanda “Sasun dəliləri” adı ilə tanınan bu qruplaşmanın 25 üzvü məhkəməyə qədər təcridxanada saxlanır. 2016-cı ildə “Sasna Tsrer” qruplaşmasının 30 üzvü Yerevanın Erebuni rayondakı polis idarəsini ələ keçirmiş və iki həftə ərzində nəzarətdə saxlamışdılar.

Onlar ovaxtkı prezident Serj Sərkisyanın istefasını, radikal müxalifətin lideri Jirayr Səfilyanın azad olunmasını tələb edirdilər. Həmin qarşıdurma zamanı bir polis nəfəri ölümcül yaralanmışdı. Bu hadisə ilə əlaqədar Ermənistanda silahlı qruplaşmanı dəstəkləyən kütləvi aksiyalar keçirilmiş və bu əsnada daha bir polis həlak olmuşdu.

Qruplaşmanın üzvləri 2016-cı ilin iyulunda təslim olduqdan sonra həbs edilmişdilər.

“Sasna Tsrer” qruplaşmasının əksər üzvləri Dağlıq Qarabağ müharibəsinin veteranlarıdırlar. (Azadlıq Radiosu)