XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 June 2018 - 20:19

Azərbaycan XİN-in “qara siyahısı”nda olan tanınmış aparıcı intihar edib –FOTO

 

CNN televiziyasının tanınmış aparıcısı intihar edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  Entoni Burden  aparıcısı olduğu  verilişin növbəti buraxılışına hazırlaşıb. Bunun verilişin yeni çəkimləri üçün o Fransanın Strasburq şəhərinə səfər edib.

E.Burdenin meyiti həmin şəhərdə qaldığı otel otağında tapılıb.

Qeyd edək ki, o 2017-ci ilin oktyabr ayında “Entoni Burden: bilinməyən yerlər” teleşousu üçün  Şuşaya səfər edib. Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyinə görə Xarici İşlər Nazirliyi onun adını “arzuolunmaz şəxslər” qara siyahısına daxil edib.