Türkiyə tərəfi Avstriya hökumətinin bu ölkədə fəaliyyət göstərən yeddi məscidin bağlanması barədə qərarını kəskin tənqid edib.
AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə XİN yaydığı açıqlamada Avstriya hökumətinin məlum qərarı beynəlxalq hüququn normalarına, dini və milli azlıqların hüquqlarının müdafiəsinə və birgə yaşama prinsiplərinə qarşı addım kimi dəyərləndirilib.
Açıqlamada bildirilir ki, yeddi məscidin bağlanması və imamların deportasiyası barədə qərar Avstriyadakı irqçi və ayrı-seçkilik tərəfdarı olan populist fəaliyyətin nəticəsidir.