XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 İyun 2018 - 11:51

“Taliban” hərəkatı hökumətin təklifini qəbul edib- Atəşkəslə bağlı

Əfqanıstan hökumətinin ardından “Taliban” hərəkatı da İd-ul-fitr bayramı ilə əlaqədar 3 günlük atəşkəs elan edib.

Azərtac xəbər verir ki, Pajhwok agentliyinin yaydığı məlumata görə, “Taliban” hərəkatı, həmçinin Qərb qoşunlarına qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirib.

Xatırladaq ki, iyunun 7-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Ramazan ayının 27-dən (11 iyun) İd-ul-fitr bayramının 5-ci gününə (19 iyun) qədər ölkədə birtərəfli qaydada atəşkəs rejimi elan etmişdi. Əşrəf Qaninin sözlərinə görə, atəşkəs İŞİD qruplaşmasına və xarici qüvvələrin dəstəklədiyi digər terror təşkilatlarına şamil olunmur.