XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

09 İyun 2018 - 14:31

Putin Özbəkistana gedəcək- Bu tarixdə

Rusiya prezidenti Vladimir Putinin payız aylarında Özbəkistana səfər edəcəyi planlaşdırılır.

“RİA Novosti” xəbər verir ki, Çinin Tsindao şəhərində Şanxay Əməkdaşlıq Şurasının zirvə görüşü zamanı Özbəkistan prezidenti Şavkat Mirzəyevlə söhbətində Putin deyib: “İşçi səfərə gəlməyə çalışacağam. Bu bizdə payıza planlaşdırılıb”.

Putinin Daşkəndə oktyabr ayında gedəcəyi gözlənilir.

Rusiya prezidenti söhbət zamanı qeyd edib ki, Moskva ilə Daşkənd arasında iri layihələr gerçəkləşdirilir. Yalnız “LUKoil” şirkəti Özbəkistan iqtisadiyyatına 7 milyard dollar vəsait qoyub.