XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

09 İyun 2018 - 19:26

Tramp “G7” sammitindən razı qalıb:"İnanılmaz dərəcədə uğurlu keçdi"

ABŞ prezidenti Donald Tramp “Böyük yeddiliy”in (“G7”) Kanadada keçirilən zirvə toplantısını çox uğurlu adlandırıb.

Trend-in məlumatına görə, Tramp bunu toplantıda öz iştirakının yekunları üzrə jurnalistlərə deyib. “Biz inanılmaz dərəcədə uğurlu “G7″ (toplantı) keçirdik”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp “G7″in zirvə toplantısını vaxtından əvvəl tərk etmək niyyətindədir. O, iyunun 12-də KXDR-ın lideri Kim Çen Inla görüşmək üçün Sinqapura yollanacaq.