Polşada Ukraynada qeydiyyatdan keçmiş kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarə eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralananlardan biri xəstəxanaya helikopterlə aparılıb.