XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 10:00

Poroşenko Putinlə məhbusların mübadiləsini müzakirə edib –Ukrayna 14 nəfərin azadlığa buraxılmasını tələb edir

Rusiya aprezidenti Vladimir Putinlə Ukrayna prezidenti Petro Poroşenko telefonla məhbus mübadiləsinin mümkünlüyünü müzakirə ediblər. Strateq.az “Azadlıq”radiosuna istinadən xəbər verir ki, Kremlin iyunun 9-da yaydığı məlumatda əsas diqqət hümanitar məsələlərə, o cümlədən insanların dəyişdirilməsinə yönəlib. Ukrayna prezidentinin mətbuat xidməti də bildirib ki, tərəflər arasında telefon söhbəti olub və Petro Poroshenko hazırda Rusiyada həbsdə olan ukraynalı kinorejissor Oleq Sentsov da daxil olmaqla bütün ukraynalı məhbusların azad edilməsini istəyib. Sentsov mayın 14-dən həbsxanada aclıq edir.  O, Rusiyada həbsdə olan bütün ukraynalı siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Oleq Sentsov 2014-cü ildə Krımda həbs edilib. Rusiya məhkəməsi 2015-ci ildə onu Krımda terrora hazırlaşmaqda təqsirli bilərək 20 il həbs cəzasına məhkum edib. Rejissor ittihamı rədd edir. Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları da onun həbsinin siyasi motivli olduğunu deyirlər.

Qazeta.ru portalının Ukrayna prezidentinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə isə, söhbət zamanı hər iki tərəfin insan haqları üzrə səlahiyyətli nümayəndələrinin yaxın vaxtlarda həbsxanalara baş çəkmələri barədə razılıq əldə olunub.

Poroşenko ilə Putin arasında son telefon söhbəti 2018-ci ilin fevralında olumuşdu. Onda əsir mübadiləsi və “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin görüşü müzakirə olunmuşdu.