XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 İyun 2018 - 10:10

İran və Rusiya liderləri arasında kritik görüş –Pekində nüvə razılaşması müzakirə olunacaq

İran prezidenti Həsən Ruhani deyib ki, Rusiya prezidenti Vladimir Putinlə, ABŞ-ın İranla nüvə sazişindən çıxması məsələsini müzakirə edəcək. Ruhani “Şanxay əməkdaşlıq təşkilatı” nın Çində keçirilən sammiti çərçivəsində Putinlə görüşdən əvvəl deyib ki, bu iki dövlət, ABŞ-ın İranla nüvə sazişindən çıxmasını ciddi müzakirə etməlidir.

ABŞ prezidenti Donald Trump ötən ay birtərəfli qaydada İran və 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdı və bəyan elədi ki, Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa edəcək. Ru hani Tehranla Moskva arasındakı xüsusi münasibətləri alqışlayıb və qeyd edib ki, Rusiya həmin nüvə sazişinin reallaşmasında vacib və əməli rol oynayıb. 2015-ci ildə imzalanmış həmin sazişə görə İran nüvə proqramını dondurub, Qərb ölkələri isə əvəzində ona qarşı beynəlxalq sanksiyaları aradan qaldırıb. Amma İranla nüvə sazişinə imza atan digər ölkələr – Britaniya, Fransa Rusiya, Çin və Almaniya bu razılaşmaya sadiq qaldıqlarını bildiriblər.

(Azadlıq radiosu)