Bu gün ABŞ Prezidenti Donald Tramp Sinqapura gəlib.
Azərtac Rusiyanın TASS informasiya agentliyinə istinadla bildirir ki, D. Trampın göyərtəsində olduğu təyyarənin Sinqapurdakı Payya-Leba Hərbi Hava Bazasına enişi və “Shangri-La” otelinə yollanması ABŞ telekanalları ilə canlı yayımlanıb.
D. Tramp iyunun 12-də Şimali Koreya lideri Kim Çen İnlə Sinqapurun Sentos adasındakı “Capella” otelində görüşəcək.